Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.
***
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalahın Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.
Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.