İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Bizimaz.az: Axar.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.