İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankara və Moskva arasında əldə olunan razılaşmalardan sonra Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə İran XİN informasiya yayıb.
“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, Suriyadakı cari vəziyyəti, Astana prosesini və Suriyada Konstitusiya Komitəsinin çağırışını, həmçinin qarşılıqlı maraqlı məsələri müzakirə ediblər”, - İran XİN-dən bildirilib.
Qeyd edək ki, XİN rəhbərləri Bakıda görüşüblər.