Suriyada İŞİD terrorçularının azadlığa buraxılması regionda vəziyyəti daha da ağırlaşdıra bilər.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Atəşəkəsi İzləmə Mərkəzinin rəhbəri, general-mayor Aleksey Bakin deyib.
O bildirib ki, döyüşçülər və ailələri, eləcə də müvəqqəti olaraq düşərgələrdə saxlanılan şəxslər nəzarətdə saxlanılmalıdır:
“Terrorçuların azadlığa buraxılması bölgədəki mövcud vəziyyəti ani olaraq dramatikləşdirə bilər”.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan YPG-nin 750 İŞİD üzvünü azadlığa buraxdığını, onlardan yalnız 195-nin Türkiyə ordusu tərəfindən yaxalandığını açıqlayıb.