BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.
Bu barədə APA-ya Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq.
Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib.
Tijani Məhəmməd-Bande 24 oktyabrda BMT Gününü qeyd etmək üçün ADA Universitetində olacaq.