Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev “Həqiqətin səsi” verilişinin qonağı olub.
Bizimaz.az: Axar.az xəbər verir ki, Perenciyev proqramda söhbət əsnasında özünün türk kökləri barədə danışıb.
“Mənim köküm türkdür. O mənada yox ki, mənim əcdadlarım türk olub. Mənim ulu babam Sofiyada doğulmuş bolqar olub. O dövrdə gənc bolqar kişiləri yeniçəri qismində türk ordusuna götürülüb. Əsgərlərin olduğu bir sıra bölüklər mövcud olub. Mənim ulu babam birinci bölüyə götürülüb. Onları “birinci” adlandırıblar. Bundan sonra onun soyadı “Perenci” (Birinci) olub. Rusiya imperiyasına köçdükdən sonra onun soyadı “Perenciyev”ə çevrilib. Əsl köküm budur”, - ekspert bildirib.