MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabr ayının sonlarında Bakıda keçiriləcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə bildirib.
Nazir müşavirədə oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.