Xəbər lenti

 

Baş nazir Nikol Paşinyan ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanı vəzifəsindən uzaqlaşdırmaq istəyir.

 

Bizimaz.az: Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Məlumatda bildirilib ki, Ermənistanın beynəlxalq tərəfdaşları ilə problem yarandığına görə Z.Mnatsakanyanın istefası gündəmdədir.

Bu xüsusda Baş nazir Qarabağ məsələsi ilə bağlı hadisələrin inkişafından, xüsusən də Rusiyanın mövqeyindən hiddətlənib.

Belə ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını tənqid etmişdi.

“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir”,-deyə S.Lavrov bildirmişdi.

İndi isə nəşrin mənbələri bildiriblər ki, N.Paşinyan S.Lavrovun bu açıqlamasından qəzəblənib.

Qeyd olunub ki, Baş nazir Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyanı Rusiya ilə yaxşı əlaqələr qura bilmədiyinə görə vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

“Lavrov Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sözlərini xatırlatdı. O, faktiki olaraq Ermənistanın ünvanına yəqin ki, ilk dəfə ittiham irəli sürüb. Mənblələrimiz təsdiq edirlər ki, bu bəyanatdan sonra hiddətlənmiş Paşinyan Zohrab Mnatsakanyanı işdən azad etməyə hazırlaşır. Paşinyan hesab edir ki, Xarici İşlər naziri Rusiya ilə lazımi iş aparmayıb və “Qarabağ Ermənistandır, nöqtə” bəyanatının tam mahiyyətini , ümumiyyətlə Ermənistanın indiki hakimiyyətinin mövqeyini izah etməyib”,-deyə nəşr yazıb.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov