Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın Tvitter səhifəsindəki Azərbaycan dilində paylaşımları sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Bizimaz.az: Axar.az xəbər verir ki, səfir Tvitterdə sonuncu paylaşımında azərbaycanlılaın tövsiyəsi ilə qəhvə əvəzinə çay içdiyini qeyd edib.
C.Şarp Azərbaycan dilində maraqlı və yumoristik paylaşım etməklə yanaşı, azərbaycanlı gənclərin onun paylaşımlarına yazdığı şərhlərə də cavab verib.
Səfir həmçinin səhifəsində Azərbaycanın müxtəlif bölgələrində çəkilmiş fotoları da paylaşaraq ürək sözlərini yazıb.