Rusiya ABŞ-ın daxili işlərinə qarışmamaqla bağlı bu ölkəyə zəmanət verməyə hazırdır.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, Rusiya bununla bağlı çoxdan təklif irəli sürüb.
“Biz bu cür zəmanət verməyə hazırıq. Rusiya tərəfi bununla bağlı ABŞ-dan müsbət reaksiya görməyib”, - səfir bildirib.