Ötən axşam Türkiyə və ABŞ prezidentləri arasında baş tutan telefon danışığından sonra Ağ Ev rəsmi Ankaranın Fəratın şərqinə həyata keçirəcəyi əməliyyat barəsində açıqlama yayıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, açıqlamada Türkiyənin əməliyyata başlamasına dair xəbərlər təsdiqlənib.
Bununla belə, Türkiyənin əməliyyatlarında ABŞ-ın iştirak etməyəcəyi bildirilib. ABŞ həmçinin bundan sonra döyüşlər zamanı əsir götürülmüş İŞİD üzvləri ilə bağlı məsuliyyətin Türkiyə üzərində olduğunu qeyd edib.
Ağ Evin açıqlamasına ilk münasibət bildirən isə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın olub:
“Türkiyənin heç kimin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz bölgənin iki məqsədi vardır: terror ünsürlərini təmizləyərək sərhədlərimizin təhlükəsizliyini təmin etmək və qaçqınların təhlükəsiz şəraitdə qayıtmasını təşkil etmək. Türkiyə güclü və qərarlıdır”.