Xəbər lenti

Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəlinin qoyulması Türkiyədə etirazlara səbəb olub.

 

Report-un məlumatına görə, ölkə daxilində və kənarda yaşayan türklər daşnak sui-qəsdçini qəhrəmanlıq simvolu kimi dünyaya tanıtdırılmasını pisləyiblər.

Sosial elmlər üzrə tədqiqatçı, professor Metin Yıldırım "Report"a açıqlamasında deyib ki, son günlərdə insanların etirazına səbəb olan heykəldə Tələt Paşanın kəsilmiş başı təsvir edilib: "Təəssüf ki, bu addım kin və nifrət dolu mesaj verməkdədir. Tələt Paşanın qatilinin heykəlini bu şəkildə hazırlayan Ermənistan heç bir şey qazana bilməz. Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar. Onlar hesab edirlər ki, Tələt Paşa, Ənvər Paşa və Camal Paşa “İttihad və Tərəqqi" hərəkatını quraraq o zamanlar Anadolu topraqlarında yaşayan ermənilərin Suriyaya göndərilməsini əmr edən insanlardır. Ermənilər bu qərarı sürgün olaraq qiymətləndirsə də, əslində, belə deyil. Həmin vaxtlar ermənilərin xəyanətkar hərəkətlərini görən “İttihad və Tərəqqi" hərəkatının rəhbərliyi onları öz əsgərləri ilə birlikdə Suriyaya göndərir. Çünki ermənilər səhərlər özlərini dost mövqeyində göstərdikləri halda, axşamlar düşmən cəbhəsinə keçir və xəyanət edirdilər. Anadoludan kənarda yerləşdiyindən ermənilərin Suriyaya göndərilməsi əmri verilir. Azərbaycana gedən ermənilərin əksəriyyəti Anadoluda yaşayan ermənilər olub".

Onun sözlərinə görə, Daşnaksütyun köç sırasında ölən ermənilərin intiqamını almaq üçün "Nemesis" (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirirlər: "Nəticədə muzdlu qatil Soqomon Teyliryan Almaniyanın Berlin şəhərində Tələt Paşanı evindən çıxarkən güllə ilə qətlə yetirir. Polislər qatili həbs edir və Teyliryan "sürgün"də çox acılar çəkdiyini, hətta bacılarının da köç sırasında öldüyünü deyir. Ancaq sonradan onun söylədiklərinin tamamilə yalan olduğu ortaya çıxır. Belə ki, S.Teyliryanın oğlu 2015-ci ilə Almaniyada verdiyi müsahibə zamanı atasının "sürgün" zamanı Serbiyada olduğunu və bibisinin isə olmadığını açıqlayır”.

Professor bildirib ki, bu heykəlin qoyulması Xocalıda ermənilərin törətdikləri soyqırımla eynidir: “Biz ermənilərin Xocalıda insanları nə qədər qəddarlıqla qətlə yetirdiklərini gördük. Fikrimcə, onlar öz uşaqlarını türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün belə bir yolu seçiblər. Bunu qismən də olsa həyata keçirə biliblər. Bizim istək və tələbimiz bu heykəlin tezliklə götürülməsidir. XXl əsrdə belə nifrət dolu heykəllərin yeri yoxdur. Ermənistan hökuməti səhvini başlayıb heykəli bir an öncə qaldırmalıdır”.

İstanbul Universitetinin tarix müəllimi, professor Halil Bal isə deyib ki, bu, türkləri təhqir etmək üçün hazırlanmış bir abidədir və ən qısa zamanda götürülməsi zəruridir: “Dövlətimiz bu işə müdaxilə etməli və insanlığa sığmayan abidənin çox böyük səhv olduğunu görən hər kəs buna qarşı çıxmalıdır. Tələt Paşa Osmanlının baş naziri və ən müdrik dövlət xadimlərindən biri olub. O, Türkiyəni I Dünya müharibəsində və ən çətin zamanlarında mükəmməl şəkildə idarə edərək qoruyub saxlayıb. Bir qatilə abidə ucaltmaq, əslində, Ermənistan hökumətinin ən böyük səhvidir. Bu əməl onların gənclərinə də yaxşı örnək deyil. Başqa sözlə desək, bu, cinayətə haqq qazandırmaq və terrorizmi alqışlamaqdır. Onlar anlamalıdır ki, bu cür addımlar çıxış yolu deyil. Ermənilər qonşuluq münasibətlərinə və başqa ölkələrin tarixinə böyük hörmətsizlik edirlər. Ona görə də bu əməllərindən əl çəkmələri lazımdır. Türk dövlətləri əl-ələ verib bu heykəlin götürülməsi üçün birlik nümayiş etdirməlidirlər. Yaxın keçmişdə ASALA terror təşkilatı 40-dan çox diplomatımızı qətlə yetirib. Dünya ədalətsizliyə göz yummamalı, terroru və kini yayan dövlətin layiqli cəzası verilməlidir”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov