Azərbaycanın tarixi torpaqları olan Qarabağ və ətraf rayonları zəbt edən Ermənistanın zaman-zaman bu ərazilərdəki maddi-mədəniyyət nümunələrini, tarixi abidələri, milli mədəniyyət nümunələrini özününküləşdirdiyi, bunları dünyaya ermənilərə məxsus dəyərlər kimi təqdim etdiyi hər kəsə məlumdur.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu kəs düşmən ermənilərə məxsus olduğunu iddia etdikləri Qarabağ xalçalarını Şuşadakı erməni kilsəsi fonunda nümayiş etdirib. Bundan sonra həmin görüntüləri media və sosial şəbəkələrin vasitəsi ilə dünyaya yaymağa çalışan ermənilər, baş verənləri “qədim erməni şəhərində qədim erməni sənətinin” yenidən təşəkkül tapması kimi təqdim edib.
Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfi son illər xarici ölkələrə xalça ixracını kəskin surətdə artırdığını bildirib. Ermənistana valyuta olaraq geri dönən bu ixracatda Qarabağda istehsal edilən xalçaların da yer alması ehtimalı böyükdür.