BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.
Bu barədə Gürcüstan XİN məlumat yayıb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu bir daha vurğulanıb.(Report)