Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib.
CNN Türk verdiyi xəbərə görə, MHP sədrinin köməkçisi Semih Yalçın D. Baxçalını xəstəxanada ziyarət edib.
O qeyd edib ki, D. Baxçalının şüuru özündədir və səhhəti yaxşıdır: “Dövlət Baxçalının ürəyində hər hansı problem yoxdur. Şüuru özündədir. Partiya sədrimizin səhhəti yaxşıdır”.(APA)