Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.
Bizimaz.az: “Report” xəbər verir ki, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə baxılacaq, o cümlədən 2020-ci ilin büdcə zərfi müzakirə olunacaq.
Payız sessiyası dekabrın 30-dək davam edəcək.
Xatırladaq ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb.