Millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunda sakinlərlə görüşüb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, millət vəkili onların qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Sakinlərlə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.
Millət vəkili bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.