Görünür, Rusiya Prezidenti Vladimir Putin bir neçə saatlıq Ermənistana gedəcək. O, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi İttifaqının toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək.
Bu barədə Ermənistanın “168 jam” nəşri məlumat verib.
Qeyd edilib ki, hətta rusiyalı lider rəsmi ziyafətdə iştirak etməyəcək.
“Ermənistan tərəfi ikitərəfli görüşlə bağlı xahiş etsələr də, Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi İttifaqının toplantısı keçiriləcək.