ABŞ Konqresinin nümayəndə heyəti oktyabrın 1-də Ermənistana səfər edəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu erməni əsilli amerikalı konqresmen Ceki Speyer deyib. O, səfərin 1 həftə davam edəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-də İrəvanda Avrasiya İttifaqının Ali Şurasının iclası olacaq. İclasla əlaqədar İrəvana Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani də gələcək.