Hazırda Azərbaycanın gündəliyində belə bir məsələ yoxdur.
Bizimaz.az: Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqda danışarkən deyib.
“Azərbaycan hər hansı bir status üçün müraciət etməmişdi və hazırda bu məsələ bizim gündəmimizdə deyil”.
Diplomat bu məsələnin son zamanlar çox şişirdilməsini Ermənistan tərəfinin müxtəlif səviyyədə fobiya və kompleksləri kimi dəyərləndirib:
“Görünür, Ermənistan hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etmək istəyir”