Dünən Türkiyə-Rusiya-İran üçlü zirvə görüşündə Suriya məsələsi müzakirə edilib.


Bizimaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması, BMT qətnamələrinə riayət edilməsi istiqamətində razılaşma əldə edilib.

Hər üç lider Suriyada terrorla mübarizə adı altında yaradılan yeni qüvvələrin hər cür fəaliyyətinin isə məhdudlaşdırılmasının vacib olduğunu bildiriblər. Bundan başqa, Suriyadakı münaqişənin həllinin hərbi yolla mümkünsüzlüyünü qeyd ediblər, sadəcə suriyalıların rəhbərliyi və BMT-nin cəhdləri ilə siyasi danışıqlar prosesi nəticəsində başa çatdırılacağına inandıqlarını qeyd ediblər.

Həmçinin, İdlibdə gərginliyin azaldılması istiqamətində addımlar atılacağı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunması istiqmaətində siyasi həll yolunun tapılmalı olduğunu söyləyib. O, hər kəsin buna cəhd göstərməli olduğunu əlavə edib.


Ərdoğan PKK terror qruplaşmasının fəaliyyətinə son qoyulmadan Suriyanın ərazi bütövlüyünün təmin edilməsinin mümkün olmayacağını da deyib. O, Türkiyə ilə sərhəddə terror qüvvələrinin formalaşmasına icazə verməyəcəyini də söyləyib.

İran Prezidenti Həsən Ruhani siyasi həll yolunun Suriya xalqının iştirakı ilə həyata keçiriləcəyini vurğulayıb. O, Suriyada ABŞ qüvvələrinin varlığının Suriyanın bölmək üçün olduğunu və terrorçuları dəstəklədiyini deyib. Ruhani ABŞ qüvvəərinin təcili olaraq bölgəni tərk etməli olduğunu söyləyib.


Rusiya Prezidenti Həsən Ruhani isə üç ölkənin cəhdləri sayəsində Suriyada şiddət səviyyəsinin aşağı düşürüldüyünü və nisbətən sabitlik yarandığını qeyd edib. Putin hər bir xalqın öz milli təhlükəsizliyini qorumaq haqqının olduğunu qeyd edib.