Rusiya Prezidenti Vladimir Putin Suriya probleminin tənzimlənməsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Bilirsiniz ki, bazar ertəsi Suriya münaqişəsinin tənzimlənməsi üzrə üçtərəfli görüş planlaşdırılıb. Bu görüş Ankarada olacaq, Prezident ora yollanacaq. Təbii ki, ikitərəfli – Ərdoğan və Ruhani ilə də görüşlər olacaq”, - Peskov bildirib.