BAKU.WS xəbər verir ki, Davudoğlu açıqlamasında AKP-nin son zamanlarda təməl dəyərlərdən uzaqlaşdığını və siyasətinin dəyişdiyini bildirib.

O qeyd edib ki, bununla bağlı dəfələrlə irad bildirsə də, bunlar nəzərə alınmayıb. Davudoğlu bu səbəbdən AKP-də fəaliyyətini davam etdirməməyi qərara alıb.

Qeyd edək ki, iyulda keçmiş iqtisadiyyat naziri Əli Babacan və avqustda isə sabiq Ədliyyə naziri Sadullah Ergin də AKP-dən istefa vermişdi.