Sankt-Peterburq qubernatorunun səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Beqlov qubernator vəzifəsinə keçirilən seçkidə liderlik edir.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası protokolların 93,18%-ni hesabladıqdan sonra yayıb. Məlumata görə, Beqlov 64,68% səs toplayıb.
Beqlovdan sonrakı yerlərdə Ədalətli Rusiya Partiyasından Nadejda Tixonov (16,81%), Vətəndaş Platformasından Mixail Amosov (15,86%) qərarlaşıb. Beqlovun qalib gələcəyi artıq şübhə doğurmur.
Qeyd edək ki, Beqlov 1956-cı ildə Bakıda anadan olub.