Ukrayna prezidenti Vladimir Zelenski ofisini müasir rəssamların sənət əsərləri ilə bəzəyib.
Bu barədə Kiyev Tarix Muzeyinin direktorunun birinci müavini Tatyana Kostenko Feysbuk hesabında məlumat verib.
Sənət əsərləri əsasən simvolik və ya satirik xarakter daşıyır. Prezidentin şəxsən seçdiyi işlər arasında şəhər mənzərələri, qrafika və hətta siyasi mövzuda şəkillər var.
Daha çox marağa isə pinqvin və şaurma satılan köşk şəkilləri səbəb olub.(qafqazinfo)
istinad