Rusiya, Azərbaycan və İran bu üç ölkənin enerji sistemləri arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması barədə razılaşma imzalayıblar.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sistem operatoru” şirkəti yayıb.
Məlumata görə, razılaşma 12 avqustda imzalanıb. Rusiya tərəfindən razılaşmaya “Sistem operatoru”, “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə “Tavanir” imza atıb.