Ermənistan qondarma Dağlıq Qarabağ rejiminə 6 milyon dollar həcmində maliyyə yardımı göstərəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.
O bu məbləğin təqaüdə ayrılmış qondarma rejim hərbçilərinin mənzil problemlərinin həllinə yönəldiləcəyini bildirib. Paşinyan separatçı rejimin hərbçilərinin problemlərini 2023-cü ilə qədər həll edəcəklərini deyib.