Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Nazirlər Kabinetinin üzvləri ilə birgə Xəzər dənizi sahilində veloyürüş təşkil edib.
Bizimaz.az: Axar.az xəbər verir ki, Berdıməhəmmədov yürüş zamanı öz velosipedinə quraşdırdığı aparatda nəvəsi Kərimin yeni musiqisini dinləyib. Yeni musiqinin “Yaşa Türkmənistan” adlandığı vurğulanıb.
Qeyd edək ki, Berdıməhəmmədov velosipedin böyük həvəskarı sayılır. O, mütəmadi olaraq ölkədə veloyürüşlər keçirir. Sonuncu dəfə 13 iyunda Berdıməhəmmədov velosipedlə hərəkət edib, atəş açmaq bacarığını nümayiş etdirmişdi.