Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda baş verən atışmalar səbəbindən güc strukturlarının rəhbərləri ilə iclas keçirib.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə “Unian” informasiya yayıb.
İclas prezidentin ofisində keçirilir. İclasda Ukrayna Baş Qərargahının rəhbəri Ruslan Xomçak, Ukrayna Silahlı Qüvvələrinin əsas birləşmələrinin rəhbərləri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk iştirak edib.
Məlumata görə, Donbas separatçılarının Pavlopol rayonunu atəşə tutması nəticəsində 4 Ukrayna hərbçisi həlak olub.