“İran səfirliyi İran dövləti adından dost və qardaş Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN), Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinə İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir”.


Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib:

“Bu humanitar addım, İran ilə Azərbaycan arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İranın səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”.

Xatırladaq ki, iyulun 26-da Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İranın bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı uğurla başa çatdırılıb. “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.