Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-nin məlumatına əsasən, iyulun 28-i saat 22 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.
istinad