Türkiyənin sabiq baş naziri Binəli Yıldırım və keçmiş parlament sədri Bülənt Arınçın yeni vəzifəyə təyin olunacağı barədə məlumat yayılıb.
Bizimaz.az:Teleqraf.com xəbər verir ki, İstanbulda keçirilən bələdiyyə seçkisində CHP-nin namizədi Əkrəm İmamoğluna məğlub olan Yıldırım üçün yeni postun da müəyyən edildiyi bildirilib.
Məlumata görə, sabiq baş nazir hakimiyyətin iki nömrəli kürsüsünə əyləşəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Binəli Yıldırımın baş köməkçisi vəzifəsinə hazırlaşdırılması barədə təlimat verdiyi önə sürülüb.
Prezidentin digər köməkçisi vəzifəsinə təyin ediləcək digər şəxs isə Bülənt Arınçdır.