İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 casusunu yaxalayıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı İran Kəşfiyyat Nazirliyi yayıb. Məlumata görə, yaxalanan şəxslərin hamısı MKİ tərəfindən ölkə daxilində təlim verilərək yetişdirilib.
Ələ keçirilən casusların iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, eləcə də xüsusi əhəmiyyət kəsb edən özəl sektorda çalışdığı və burada gizli məlumatlar topladığı bildirilib. Yaxalanan casusların bir qisminin ölüm hökmünə məhkum edildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün bu barədə danışan Kəşfiyyat naziri Mahmud Ələvi onların sayı və barələrindəki hökmlə bağlı bu gün məlumat yayılacağını bildirmişdi.