Dünən- iyunun 28-də Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərində qondarma separatçı-terrorçu erməni rejiminin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq “Mənşəcə ermənilər” layihəsi çərçivəsində xaricdən gəlmiş bir sıra soydaşlarını qəbul edib.
Moderator.az xəbər verir ki, onların arasında Hollivudun tanınmış aktyoru Marko Xan, erməni mənşəli fransız müğənnisi Rozi Armen və Ermənistanın Kanadadakı fəxri konsulu Van Lapoyan da olub.
Qeyd edək ki, Tehranda doğulmuş erməni mənşəli Amerika sənətçisi Marko Xan daha çox “Karib dənizinin piratları” filmində yaratdığı obrazla məşhurlaşıb. O, 2017-ci ildə Ermənistanda yaşamaq arzusunu ifadə edib. O, Qarabağ barədəki çıxışlarında dəfələrlə Azərbaycanı “təcavüzkar” adlandırıb...