İstanbul bələdiyyə seçkilərində Əkrəm İmamoğluna məğlub olan Binəli Yıldırımın siyasi karyerinin bundan sonra necə olacağı haqqında müzakirələr gedir.
Bizimaz.az : Publika.az xəbər verir ki, millət vəkilliyindən baş nazirliyə, daha sonra Türkiyə parlamentinin sədrliyinə qədər yüksələn Yıldırım bundan sonra yenidən millət vəkilliyinə davam edəcək.
“Habertürk” yazarı Muharrem Sarıkaya Türkiyə Böyük Millət Məclisində qrup toplantısından çıxan Yıldırımla söhbət etdiyini və ondan bundan sonrakı fəaliyyətini soruşduğunu yazıb.
“Əsl işimizə, millət vəkilliyinə geri döndük. Artıq sadə millət vəkiliyəm”, - deyə Yıldırım bildirib.