Ərəb ölkələrində ən böyük nüfuza malik lider Rəcəb Tayyib Ərdoğan sayılır.
Bizimaz/az xarici İslam saytlarına istinadla xəbər verir ki, Britaniyanın “BBC” kanalının ərəb xidmətinin Yaxın Şərq və Şimali Afrikada apardığı bir araşdırmadan sonra belə nəticəyə gəlinib. “Ərəb Barometri” ictimai rəy tədqiqat layihəsi çərçivəsində aparılmış sorğu əsasında bəlli olub ki, bəhs edilən ölkələrin sakinlərinin 51% -i prezident Ərdoğanın siyasətini dəstəkləyir. Ərdoğanı 28%-lə Rusiya lideri Putin izləyir, üçüncü yerdə isə zorla 12% toplayan ABŞ prezidenti D. Tramp gəlir.
Sudan, İordaniya, Fələstin, Əlcəzair, Mərakeş, Tunis, Yəmən, İraq, Livan və Misirdə 25 min 407 nəfər arasında sorğu aparılıb. Sudan və İordaniyada respondentlərin 57% -dən çoxu Türkiyə Prezidenti Ərdoğanın siyasətini dəstəkləyir. Liviya, Livan və Misirdə isə Vladimir Putin birinci olub.
Ərəb gənclər ən təhlükəli ölkə kimi İsrailin adını çəkiblər. İraq və Tunis gəncləri isə ilk sırada ABŞ-ı təhlükə kimi gördüklərini bildiriblər. Livan, Fələstin, Sudan və İraqda suala cavab verən respondentlərin bir hissəsi ABŞ-ı təhlükəli dövlət saydıqlarını deyiblər.
istinad