“Lazım gəlsə, yenə vuracağıq”.
Bizimaz.az: Publika.az xəbər verir ki, bunu İran Hərbi-Dəniz Qüvvələrinin komandiri Hüseyn Xanzadi Fars Xəbər Agentliyinə deyib.
ABŞ ordusuna aid pilotsuz uçuş aparatının Hörmüz boğazının hava məkanında məhv edilməsi haqqında danışan komandir bildirib ki, bu, ABŞ-a və İranın düşmənlərinə sərt cavabdır: “Düşmən (ABŞ) ən inkişaf etmiş texnologiyaya sahib pilotsuz uçuş aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun məhv edildiyini gördü. Açıq şəkildə elan edirik ki, eyni cəhdin təkrarlanacağı təqdirdə düşmənə verilən bu sərt cavab təzələnəcək. Düşmən bunu bilir”.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu ötən həftə Hörmüz boğazının hava məkanında ABŞ ordusunun “RQ-4C Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsini vurmuşdu.