Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edib.
Bizimaz.az xəbər verir ki, Ərdoğan bələdiyyə seçkisinə ilk mövqeyini sosial şəbəkə hesabında bildirib. O, seçkini “demokratiyanın təntənəsi” adlandırıb və ölkənin qarşısına qoyduğu məqsədlərə doğru inamla irəlilədiyini vurğulayıb.
Xatırladaq ki, nəticələrə əsasən Əkrəm İmamoğlu 54, Binəli Yîldırım 45 faiz səs alıb. /Cebhe.info/