Biz İstanbulda böyük zəfərə imza atacağıq və bu, bütün Türkiyənin zəfəri olacaq.
Bizimaz.az :Axar.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Binəli Yıldırım 23 iyunda keçiriləcək seçkilərlə bağlı açıqlamasında deyib.
“Sabah İstanbulda böyük zəfərə imza atacağıq. Bu zəfərdə kürd dostlarımızın yanımızda olacağına inanırıq. Onlar həyatını terrorla qaraldanlara dəstək olmayacaq, mən buna bütün qəlbimlə inanıram. Biz Türkiyənin gənclərindən aldığımız gücü ən gözəl şəkildə istifadə etməyə çalışacağıq. Benzin bitər, təbii qaz bitər, amma gənc nəslin sizə verdiyi enerji heç vaxt bitməz".
Qeyd edək ki, İstanbul böyükşəhər bələdiyyəsi başqanlığına təkrar seçkilər isə 23 iyunda olacaq.