ABŞ prezidenti Donald Tramp ötən gecə rəsmi Tehranla müzakirələrə hazır olduğunu deyib.
Publika.az xəbər verir ki, bu barədə adlarının açıqlanmasını istəməyən iranlı rəsmilər “Röyters”ə informasiya ötürüb.
Mənbələrin sözlərinə görə, prezident onlara göndərdiyi mesajında bildirib ki, əks təqdirdə, İranla müharibə çox yaxında başlayacaq. Tramp həmçinin, qeyd edib ki, o, müharibə tərəfdarı deyil.
Lakin İranın dini lideri Ayətullah Əli Xamanei ABŞ hökumətilə görüş keçirməyə icazə verməyib.