Millət vəkili Qənirə Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib.
Bizimaz.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Beynəlxalq Qadınlar Klubunun rəhbərliyini və üzvlərini təbrik edib, onlara daha da böyük uğurlar diləyib. Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə, ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb və görülən işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
Millət vəkili bu gün Azərbaycan qadınlarının ictimai həyatın hər bir sahəsində fəallıq göstərdiyini söyləyib:
“Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edir. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir”.
Q.Paşayeva tədbir çərçivəsində Beynəlxalq Qadınlar Klubunun üzvləri, xaricdən gəlmiş fəal qadınlarla görüşüb, fikir mübadiləsi aparılıb.
axar.az