Frans-24 televiziyasının jurnalistlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə icazəsiz səfəri məsələsi Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.
Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O, reportajı hazırlayan şəxslərin adının qara siyahıya salınması ilə bağlı məsələyə də münasibət bildirib:
“Ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlə bağlı mövqeyimiz bəllidir. Belə səfəri reallaşdıran hər hansı bir əcnəbi vətəndaş ölkəmizə girişi arzu olunmayan xarici vətəndaşlar siyahısına daxil edilir”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Avropa Dostları Təşkilatının texniki və təşkilatı dəstəyi ilə Frans-24 televiziyası üçün ispan dilində Azərbaycanın işğal edilmiş ərazilərindən reportaj hazırlanıb və bu məqsədlə jurnalistlər Ebol Bon və Dieqo Araba Qarabağa qanunsuz səfər edib.