Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqova ağır itki üz verib.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, səfirin anası Xalidə xanım vəfat edib.
Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, V.Sadıqov uzun illərdir diplomat kimi fəaliyyət göstərir. O, 6 il (2004-2010-cu illər) xarici işlər nazirinin müavini vəzifəsini də icra edib.