Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun sonunda ABŞ lideri Donald Trampla görüşəcək.
“Haber7” yazır ki, görüş iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində təşkil ediləcək “Böyük İyirmilik” (G20) ölkələrinin zirvə toplantısı çərçivəsində baş tutacaq.
R.T.Ərdoğanla D.Trampın Rusiyadan S-400 zenit-raket komplekslərinin, eləcə də, ABŞ-dan F-35 qırıcılarının alınması ilə bağlı cari vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Türkiyə dövlət başçısının sammit çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə də görüşəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 alması ABŞ tərəfindən narazılıqla qarşılanır. Rəsmi Vaşinqton cavab olaraq Türkiyəyə F-35-lərin satışından imtina edəcəyini bəyan edib.