Rusiya və Çin ticarətdə milli valyutalarından istifadə etmək niyyətində qətiyyətlidir.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Çinli həmkarı Şi Çinpinq ilə Moskvada bir araya gələn Putin daha sonra ortaq mətbuat konfransı keçirib. İki ölkə arasındakı münasibətləri diqqətə alaraq beynəlxalq məsələləri də müzakirə etdiklərini bildirən Putin iqtisadi münasibətlərə detallı şəkildə toxunduqlarını dilə gətirib.
“Rusiya və Çin milli valyutalarla ödəmə tətbiqini inkişaf etdirmək niyyətindədir. İkili ticarətdə rubl və yuan istifadəsinin genişləndirilməsi və qlobal bazardakı qeyri-sabitliyin fonunda bank sekoturnda daimiliyin təmin olunması məqsədilə hökumətlərarası razılaşma imzaladıq” -, Putin deyib.
Çin prezidenti isə öz növbəsində iki ölkənin enerji, sərmayə, kosmos, aviasiya kimi sahələrdə böyük strateji layihələri uğurla həyata keçirdiyini vurğulayıb.