Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın Baş naziri Dmitri Medvedevin arxasınca otelə “QAZ-21 Volqa” avtomobili ilə gələrək, onu Aşqabadda gəzintiyə çıxarıb.
TASS-ın məlumatına görə, qısa gəzintidən sonra siyasətçilər Prezident malikanəsinə gəliblər. Burada tərəflər arasında işgüzar səhər yeməyi baş tutub.
Qeyd edək ki, Medvedev mayın 30-da Türkmənistana səfər edib. Baş nazir burada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək. (virtualaz.org)