Belarus Qazaxıstandan neft tədarükü ilə bağlı Nur-Sultanla danışıqlar aparır.
Bizimaz.az xəbər verir ki, bunu Belarusun Qazaxıstandakı səfiri Yermuxammet Yertısbayevlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko bu məsələnin təkcə iki ölkə arasında yox, Rusiya ilə də müzakirə edilməli olduğunu deyib. O, Rusiya ilə bu istiqamətdə razılaşacaqlarına ümid etdiyini bildirib.