Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla G-20 sammitində görüşəcək.
Bizimaz.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.
Məlumata görə, liderlərin təkbətək görüşü 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.
Türkiyənin hökumət nümayəndələrinin nəşrə verdiyi məlumata görə, dəqiq vaxt müəyyən olunmayıb. Lakin təkbətək görüşə ehtimal var. Liderlərin ölkələrə səfəri ilə bağlı isə dəqiq məlumat yoxdur.