Xəbər lenti

 

 "25 illik atəşkəs dövründə Ermənistan qızıl ehtiyatlarını 6,5 dəfə artırmışdır!..”

 

 Xəbər verdiyimiz kimi, Moderator.az-ın rus versiyası  tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə  başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və  ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən  bəhs edilir. Əsərdə  nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının  Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla  erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir. 
Müəllif – professor, keçmiş “KQB” polkovniki  R.Novruzoğlu iddia edir ki,  əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.
 
Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq: 
 
 
 
 
“...23 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ ərazisində  qondarma "respublika" formalaşdırmağa cəhd edən Arkadi Qukasyan öz daxili sərəncamı ilə Xankəndində “Dövlət Şurası” yaradır. 11 üzvdən ibarət olan bu saxta “Şura” əsasən fövqəladə hallar, xarici kreditlər və investisiyalarla məşğul olmalı, "İqtisadiyyatdakı demokratik islahatlar" və "Ekoloji mühit" kontekstində proqram tezislərini hazırlamalıydı... 
Əldə edilən məlumata görə, qondarma  respublikanın keçmiş terrorçu "prezidenti"  A.Qukasyanın 6 məsləhətçisindən 3-ü və 4 köməkçisindən 2-i xarici dövlətlərin vətəndaşları, əsasən ATƏT üzvü olan ölkələrdən idilər.  A.Qukasyanın təhlükəsizlik  üzrə məsləhətçisi ABŞ-ın keçmiş zabiti, bakterioloji silah mütəxəssislərindən olan Corc Suniya, investisiyalar, kreditlər və onların paylanması üzrə müşaviri Rolf Olson (İsveçrə), miqrasiya üzrə  koordinatoru Mişel Liotar (Fransa), sərhəd məsələləri üzrə məsləhətçisi Rusiyadan-  uzun müddət Naxçıvanda sərhəd zastavasında xidmət etmiş keçmiş sərhədçi, polkovnik Aleksandr İvanoviç Bezrukov,   ekologiya və iqtisadiyyat üzrə məsləhətçisi isə Avropa ölkələrinin birindən olan  Edmund Biski idi... 
 
Azərbaycan sadalanan faktlar çərçivəsində ciddi tədqiqat aparmalı, əlavə məlumatlar beynəlxalq hüquq çərçivəsində təhlil olunmalıdır. Yuxarıda göstərilən vətəndaşların işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinə gəldikdə isə,  hər hansı bir demokratik ölkə üçün bu, hüquqa zidd sayılmalıdır... 
 
Araşdırmalardan sonra A. Qukasyan tərəfindən yaradılmış qondarma “Şura”nın üzvləri Dağlıq Qarabağa dair  uzunmüddətli proqramın tezislərini  işləyiblər. Bizim məlumatlarımıza görə, Dağlıq Qarabağa dair Fransanın 71, Rusiyanın 83, Almaniyanın  iştirakı ilə isə 29 strateji proqram qəbul edilmişdir.  Proqramlar ciddi və səmərəli sayılıb, şübhə doğurmayıb... 
 
Rəsmi sənədlər, istintaq və arxiv materialları, video və audio sənədlər əsasında əldə edilmiş nəticələr  fakt və rəqəmlərin NATO və ATƏT-ə üzv olan ölkələrin diplomatlarından gələn bütün məlumatları inkar etdiyini göstərir... 
Bizdə olan məlumatlara görə,  məsələn, işğal olunmuş ərazilərimizdə ilk qızıl əməliyyatları "Gold Armeniya" şirkəti və ABŞ-ın "Clobal Gold" şirkəti tərəfindən  birgə aparılmış və 1997-ci il mayın 15-də onlara Kanadanın "FD"  firması da qoşulmuşdur(“Kanadanın maliyyə xəbərləri”, "Toronto, Kanada, 2010, №29). Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində - Kəlbəcərdəki Soyudlu və Qızılbulaq, Zəngilandakı Vejnəlı qızıl yataqlarının istismarı başlandı. Və  ABŞ-ın digər şirkəti - "R.V.İnvestment " də əməliyyatlara qatıldı. Hətta həmin şirkətlər arasında  "Productin-sering" tipli müqavilə imzalandı. Həmin müqavilənin şərtlərinə əsasən,  yataqlardan əldə edilən gəlirlərin 51% -i- on min tonlarla qızıl, gümüş və mis  Azərbaycana verilməli idi . Bəs nə oldu? Yalnız 1994-cü ildə Qızılbulaq qızıl yataqlarında 13,5 ton qızıl ehtiyatı var idi. Bu gün isə erməni ekspertlərinin hesablamalarına görə,  orada  yalnız 2.3 ton qızıl ehtiyatı qalır. Və bu müddət ərzində 
 
Bu faktları araşdırmaq üçün, amerikalı diplomat Reno Narşinə  “Clobal Gold” və “R.V. İnvestment”  şirkətlərinin “Artsax xəbərləri" qəzetinin 2010-cu ilin mart-aprel aylarında Xankəndində nəşr olunmuş nüsxələrindəki maliyyə və bank sənədlərini araşdırmaq  kifayət edərdi  (" Commercial and Chronicle ", Nyu-York, 2008-ci il, № 9, New York Times qəzeti, 21 oktyabr 2008-ci il)...  
Materiallarda o da göstərilir ki,  Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl mədənlərinin tunellərində yüzlərlə azərbaycanlı  əsir işləyir. Bu əsirlərin əksəriyyəti xərçəngdən əziyyət çəkir, bəziləri isə artıq ölüb...”
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov