Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pentaqonun S-400-lərlə bağlı hədəsinə cavab verib.
Çavuşoğlu bildirib ki, Türkiyə ilk olaraq öz müttəfiqlərinə üstünlük verir.
“Hazırda elə bir zamandayıq ki, S-400 kimi hava hücumlarından müdafiə sistemlərinə ehtiyacımız var. Lakin bunu bizim müttəfiqlərimiz bizə vermir. Belə olan halda biz də başqa mənbələrə müraciət etməli oluruq. Həmin mənbələrdən biri də Rusiyadır”.
Qeyd edək ki, Pentaqon rəhbərinin vəzifələrini müvəqqəti icra edən Patrik Şanaxan rəsmi Ankaranı hədələyib.
O deyib ki, “Türkiyə S-400 zenit-raket komplekslərinin alınmasından imtina etməsə, ABŞ hakimiyyəti F-35 qırıcısının bir sıra detallarının istehsalını həmin ölkədən çıxarmalı olacaq.
Onun sözlərinə görə, "Lockheed Martin" və "United Technologies" şirkətləri ilə Türkiyəsiz istehsalın mövcud variantları barədə müzakirə aparıb.
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması NATO-nu narahat edir.(Modern.az )